Rahatlıqla deyə bilərik ki, smartfonlar satışa çıxarıldıqdan sonra Powerbanka (güc bankı) böyük ehtiyac yaranıb. Smartfon sahibi olmaq həyatımızı həqiqətən dəyişdirdi. Bu kiçik cihazla siz dünyanın istənilən yerindən məişət cihazlarınızı idarə edə, mətnlər göndərə, həkim qəbulundan tutmuş ürək döyüntüsünüzü izləməyə qədər bütün həyatınızı idarə edə bilərsiniz.

​Bir smartfona güvəndiyiniz zaman batareyanın sürətlə azalmasına mütləq diqqət yetirməlisiniz. Və bu məqamda portativ şarj aləti köməyinizə çata bilər. Elektrik yuvasından uzaqda olduğunuz zaman Powerbankınızı özünüzlə apara və telefonunuzu dərhal şarj edə bilərsiniz. Powerbank iş qrafiki dolu olan peşəkarlar üçün yaxşı promosyon hədiyyəsidir. Sizə çoxlu sayda Powerbank variantları təklif edirik. Markanızın fərqli olmasına icazə verin.

 

​Fərdi Powerbank: Fərdiləşdirilmiş promo hədiyyələri hədəflədiyiniz auditoriyanın diqqətini cəlb etməyin ən yaxşı yoludur, çünki onlar unikaldır və hədəf auditoriyanızı daha da artıraraq, onları fərdiləşdirmək üçün vaxt və əzm sərf etdiyinizi nümayiş etdirəcəkdir. Xüsusi dizayn edilmiş Powerbank yumşaq PVC-dən hazırlanır. O, Eyfel qülləsinin dəqiq surətindən tutmuş bir gəmi formasına qədər hər hansı təsəvvür edilə bilən şəklə və ya formaya salına bilər.

 

​Dəri Powerbank: Dəridən hazırlanmış güc akkumulyatorlarımız gözəl və zərif görünüşə malikdir. İstifadəçisinə xoş hisslər bəxş edən yumşaq teksturaya malikdir. Bu xüsusi dəri powerbank məhsulumuz davamlı və detallı dizayna malikdir. Hər bir tikiş və ön tərəfdəki qabartma güc simvolu olduqca aydın görünür. Qəhvəyi, qara və ya panton rənglərdə olan dəri powerbanklar təklif edirik, bu arada qara rənglisi ən populyar olanıdır. Dəri powerbank məhsulları güzgü lazeri, lazer oyma, qabartma və ya UV çap ilə hazırlanır.

 

​LED göstəricisi olan powerbank portativ şarj alətinizin batareya gücünü göstərən kiçik rəqəmsal ekrana malikdir. Bu funksiya sizə həmişə rəqəmli olaraq batareya gücünün miqdarını bilməyinizə kömək edəcək və əksər enerji banklarında görünən yanıb-sönən işıqlardan nə qədər gücün qaldığını başa düşmək üçün stress keçirməyinizə ehtiyac qalmayacaqdır. Müştərilərinizi və ya əməkdaşlarınızı bu premium promosyon məhsulu ilə təəccübləndirin. Bizimlə əlaqə saxlasanız, loqotipinizi istədiyiniz panton rəngdə powerbankın ön və arxa üzünə çap edə bilərik.

 

​Naqilsiz şarj cihazına sahib olmaq texnologiya sənayesindəki ən yeni trendlərdən biridir. Naqilsiz şarj cihazlarına son zamanlarda daha çox təlabat artmağa başladı. Naqilsiz enerjidoldurma paneli ofisinizdə və ya işgüzar nahar yeməyi zamanı stolun üstündə telefonunuzu haradasa görünmədən şarj etməyə imkan verir. Google Pixel Stand haqqında yəqin ki, eşitmişsiniz. Biz də eyni səviyyədə yaxşı bir şey təklif edirik. Naqilsiz şarj alətləri seriyamızda həm şarj cihazı, həm də stand olaraq, eyni zamanda, hər iki işi bir yerdə yerinə yetirən məhsullar, həmçinin telefonunuzu qoyulduğu yerdə möhkəm saxlamaq üçün daxili Bluetooth dinamiki, hətta vantuzla təchiz olunmuş bir çox funksiyalı məhsullarımız var. Müştərilərinizin belə bir hədiyyə almaqdan necə məmnun olacaqlarını təsəvvür edə bilərsiniz. Biz uzunmüddətli təəssürat yaratmaq üçün seçdiyiniz naqilsiz şarj cihazı şirkətinin loqotipini aldığınız məhsulun üzərinə çap edə bilərik. Bizim çoxlu sayda seçim variantlarımız var və peşəkar dizayner komandamız sizin ideyalarınızı ən yaxşı şəkildə həyata keçirməyə kömək edə bilər.

​Bluetooth texnologiyası kifayət qədər uzun müddət mövcud olsa da, promosyon hədiyyəsi olaraq bluetooth dinamikinin verilməsi bu gün çox populyardır. Bu hədəf auditoriyanızla ünsiyyət qurmaq üçün dəbli və fərqli bir yanaşma kimi qəbul edilir. Bluetooth dinamikləri müxtəlif ölçülərdə olur. Lakin mini dinamiklər yığcam, daşınması, istifadəsi və saxlanması çox asan olduğundan hədiyyə üçün ən yaxşı seçimdir. Kampaniyanızı və brendinizi tamamlamaq üçün ən yaxşı Bluetooth dinamiki seçməlisiniz. Siz, həmçinin müştərilərinizi heyran edəcək bir dinamik modeli seçməlisiniz. Naqilsiz bir dinamik sizin kampaniyanıza xeyir və ya zərər verə bilər. Bu səbəbdən də niyə yüksək keyfiyyətli Bluetooth dinamiklərimizdən birini seçməyəsiniz? Şirkətlərin istəyinə uyğun portativ dinamiklər istehsal edə bilərik. Siz də mövcud dizaynlarımızdan birini seçə bilərsiniz. Ətraf mühitin qorunması baxımından seçim etmək istəyirsinizsə, siz brendinizə ətraf mühitə təsirini əks etdirə biləcək bizim istehsal etdyimiz ekoloji cəhətdən təmiz taxta dinamiklərimizi də seçə bilərsizin.

​Brendinizə uyğunlaşdırılmış qulaqcıqlar sadə bir hədiyyə kimi görünə bilər, lakin həqiqətən bir cüt kifayət edərmi? Təəssüf ki, qulaqcıqları itirmək çox asandır. Buna görə də müştərinizin ehtiyatda daha bir qulaqcığın olmasını bilməsi ona böyük rahatlıq verər. Effektiv, lakin ucuz promosyon məhsulu üçün sürətli dönüş müddəti axtarırsınızsa, bağlana bilən qulaqcıqlarımız və ya populyar simsiz Bluetooth qulaqcıqlarımız arasında seçim etməyi tövsiyə edirik. Şarj qutusu ilə birlikdə satılan və qulaqcıqları 12 saata qədər kabelsiz dolduran möhtəşəm məhsullarımızı anbarlarımızdan sifariş edə bilərsiniz. Bu keyfiyyətli simsiz qulaqcıq istifadəçiyə güclü və keyfiyyətli səs verəcək 9 mm yüksək dinamik drayverlərinə malikdir. Apple istifadəçilərinin rahatlığı üçün Bluetooth qulaqcıqlarımız Siri ilə təchiz olunub. Şirkətinizin loqotipini məhsulun üzərinə ekran, ofset və ya lazer çapı ilə çap edə bilərik. Bu xüsusi çap üsulları logonuzun mümkün olan ən yüksək keyfiyyətdə çap olunmasını təmin edəcəkdir.

​Bir şarj kabelinin özəlliyi nədir? Doğru şarj kabeli, həqiqətən də, auditoriyanız tərəfindən ən yaxşı promosyon elementi kimi qəbul edilə bilər. Nə qədər təsirli olursa-olsun onların təvazökar bir hədiyyə olduğunu başa düşürük. Biz smartfonlarımıza, planşetlərimizə və digər rəqəmsal cihazlarımıza çox güvənirik, ona görə də yaxınlıqda bir və ya iki şarj kabelinin olması həmişə əlverişlidir. Əksər yeni nəsil insanlar smartfon və qurğular istifadə etdikləri üçün USB c kabelini tövsiyə edirik. Ancaq əksərən şarj cihazı kimi də tanınan USB enerji kabelini də tövsiyə edə bilərik. Plastik, neylon və ya alüminiumdan hazırlanmış müxtəlif canlı rənglər və materiallar arasından seçim edə bilərsiniz.

​Dəyərli cari və ya potensial müştəriləriniz arasında brendinizin ağıllarda qalma müddətini artırmaq üçün siçan altlıqlarından istifadə edin. Siçan altlığının gün ərzində iş mühitində istifadə edildiyini nəzərə alsaq, bu, brendinizin tanınmasını artırmaq üçün əla reklamdır. Texnologiyanın davamlı inkişafı ilə bağlı canlı rənglərə malik fərdiləşdirilmiş siçan altlığı çap edilmiş və ya xüsusi formalarda kəsilmiş bir şəkillə dizayn edilə bilər. Daha yaxşısı, indi simsiz doldurma imkanları olan siçan pad modellərimiz mövcuddur. Daha müasir bir həll axtarırsınızsa, biz yüksək funksionallığa malik simsiz enerjidoldurma siçan altlığı üzərinə brendinizi həkk edə bilərik. Simsiz enerjidoldurma siçan altlığımız sizə onu  adi qaydada istifadə etməyə və smartfonlar, planşetlər və ya qulaqcıqlar kimi Qi ilə uyğun gələn digər cihazları doldurmağa imkan verir (“Qi, elektron cihazları simsiz enerji ilə təchiz etmək üçün istifadə olunan simsiz enerjidoldurma texnologiyasıdır”).

Ağıllı qolbaqlar sadəcə məşhurların istifadə etdiyi məhsul olmaqdan çıxmış, hər kəs üçün çox vacib sayılan texnologiyaya çevrilmişdir. Biz bəşəriyyətin sağlam qalmaq, bədən göstəricilərinə nəzarət etmək və yarana biləcək xəstəliklərin qarşısını almağı dərk etdiyi günləri yaşayırıq. Standart ağıllı qolbaq ürək və nəbz döyüntülərinin ölçülməsi, addımölçən, yuxu rejiminə nəzarət və idman rejiminə malikdir. Həyat tempi gündən-günə daha da sürətləndikcə çalışan insanlar öz yaşayış keyfiyyətlərini  yaxşılaşdırmaq üçün daha çox yollar axtarırlar. Ağıllı qolbağımız izləyiciləriniz bəyənəcəyi çoxsaylı xüsusiyyətlərə malikdir.

​Telefonunuzu çantanızdan və ya cibinizdən çıxarmadan sinxronlaşdırılmış proqramlardan istifadə edərək zəngləri qəbul edə, mesajları oxuya və bildirişlər ala bilərsiniz. Kampaniyanızda brendinizi tamamlamaq üçün müxtəlif canlı və cəlbedici rənglər də mövcuddur.

​Rəqəmsal dünyada adi qələmlər hələ də aktualdırmı? Chicago Tribune-də dərc olunan məqalədə Technavio-nun hesabatına görə qələm və digər yazı alətlərinin dünya üzrə gəliri 2014-cü ildə 16,2 milyard dollar olmuş və 2019-cu ilə qədər də 20,2 milyard dollara çatacağı gözlənilir. Siz hələ də ənənəvi qələmləri lazımsız hesab edirsiniz? Belə düşünməyin! Həmin məqalədə Asiya, Latın Amerikası və Yaxın Şərqdə əhalinin sayının və savadlılığın artması səbəbindən qələmə tələbatın yüksəlməyə davam etdiyi bildirilir. Lakin Avropada dəbdəbəli qələmlərə tələbat daha yüksək idi. Lüks özəl hazırlanmış qələm əlbəttə ki, arzuolunan bir hədiyyədir və dəbdəbəli saatlara oxşar dəb aksesuarı kimi qəbul edilir.

​Ancaq hədəf kütlənizə hədiyyə etmək üçün mükəmməl fərdi qələm tapmaq çətin bir məsələdir, çünki seçim üçün variantlar çoxdur. Bu an qələmin sizə verdiyi hissi nəzərə almaq lazımdır. Plastik, metal, ekoloji və ya rezin qələmlər brendinizə və ya kampaniyanıza uyğun gəlirmi? Siz, həmçinin hədəf kütlənizin diqqətini çəkəcək və panton rənginizə uyğun rəng seçə bilərsiniz. Xüsusilə Bigpromo kimi bir təchizatçı ilə birlikdə çalışırsınızsa, seçimləriniz sonsuz ola bilər. Portfelimizdə, həmçinin mürəkkəblə yazmağa və məlumat saxlamağa imkan verən, USB kartla işləyən qələmlərdən tutmuş bir çox məhsul movcuddur.

​İnsanlıq həmişə bildiklərini yazmağa ehtiyac duymuşdur. Bildiyiniz kimi, tarix bizə  Misir heroqliflərinin şumer yazıları ilə yanaşı həqiqi yazının ən qədim forması qəbul edildiyini, hər birinin öz əlifbası olduğunu və çox az dəyişikliyə uğradığını söyləyir. Təbii ki, yazı, xüsusilə də yazı alətləri və aksesuarları o vaxtdan inkişaf edib. Müasir dövrdə bizim eramızdan əvvəl I əsrdə müasir Çində kağız icad edildiyindən bu yana daş lövhənin üzərinə kəski və çəkicdən istifadə edərək yazı yazmağa ehtiyac yoxdur.

​İş dünyasında demək olar ki, hər kəsin masasında görə biləcəyiniz bloknot və ajandalar əsasən strateji ideyaların planlaşdırılması, təşkili və ya yazılması üçün istifadə olunur. Onların arasından seçmək üçün bir çox məhsul modeli movcuddur.